Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy yerli klubların səviyyəsini Azərbaycan çempionu “Qarabağ”la müqayisə edib.
Presssport.az xəbər verir ki, veteran futbolçu “Sovetski sport” qəzetinə açıqlamasına görə, mövcud format və legioner limiti Rusiya klublarına Avropa səhnəsində daha iddialı olmağa imkan verərdi: “Hazırkı format və 15 legionerlə “Zenit”in Çempionlar Liqasının pley-off mərhələsinə çıxacağına şübhə yoxdu. MOİK də avrokubokların pley-offuna yüksələrdi. Bizim klublar “Kayrat” və “Qarabağ”dan güclüdü, amma əlbəttə ki, üzərində işləməli məqamlar var”.
Xatırladaq ki, FİFA və UEFA-nın tətbiq etdiyi qadağaya görə Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından beynəlxalq yarışlarda iştirak edə bilmir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC