“ÇL-də “Qarabağ” kimi yeni qəhrəmanlara ehtiyac var” - Qleb

Belarus millisinin, “Barselona” və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Aleksandr Qleb Çempionlar Liqasının ümumi mərhələsinin yekunları və pley-off mərhələsinin püşkü barədə fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, 44 yaşlı futbol adamı bu barədə Rusjyanın “Sport-Ekspress” qəzetinə müsahibəsində danışaraq bu zaman Azərbaycan çempionu “Qarabağ”ın uğurlarına da toxunub.

Belə ki, Qleb “Ayaks”, “Napoli” və “Marsel” kimi nəhənglərin kənarda qaldığı halda, “Qarabağ” və “Bodo-Qlimt”in pley-offa yüksəlməsini ədalətli hesab edib. O, futbolun yeni qəhrəmanlara ehtiyacı olduğunu vurğulayıb: "Onlar ora düşübsə, deməli, buna layiq olub. Böyük ad özü-özlüyündə nə oyunları, nə də turnirləri qazandırır. baxmayaraq ki, əlbəttə, rəqiblərə müəyyən təsir göstərir. Amma axı, həmişə eyni komandalar diqqət mərkəzində qala bilməz. Yeni qəhrəmanlara da ehtiyac var! “Bodo-Qlimt” və “Qarabağ”ın özlərindən gur səslə söz etdirməsi yaxşıdı. Bu, savadlı məşqçilər, motivasiyalı futbolçular və keyfiyyətli seleksiya olduqda Avropada müəyyən uğurlar qazana biləcək digər güclü komandalar üçün əla nümunədi".

Aleksandr “Qarabağ”ın növbəti mərhələ şanslarını da real qiymətləndirməyə çalışaraq, “Nyukasl”la ağır oyun gözlədiyini, lakin itiriləcək heç nəyin olmadığını deyib: "Açığı, onların 1/8 finala yüksələcəyini təsəvvür etmək mənə çətindi. Onları aşkar favoritlərlə görüşlər gözləyir: norveçliləri “İnter”, azərbaycanlıları “Nyukasl”la oyunlar. Digər tərəfdən, belə komandaların itirəcəyi bir şey yoxdu, iştah isə yemək zamanı artır. Pley-off mərhələsində ustalıqdan başqa bəxt də çox böyük rol oynayır. Bəzən hər şeyi şansla birbaşa bağlı olan ayrı-ayrı epizodlar həll edir".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC