“Aston Villa”ın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Bornmut”la 1:1 hesablı səfər heç-heçəsini şərh edib.
Presssport.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Çox yaxşı bir xaldır. İşimiz asan deyildi. Birinci hissədə mübarizə aparırdıq, vaxtaşırı üstünlük saxlayırdıq. Hücumda məqamlar yaradırdıq və qol vurduq. Birinci hissədə oyun bərabər idi.
İkinci hissədə isə həmin ruhda davam edə bilmədik. Rəqiblərimiz, istəmədiyimiz halda, cərimə meydançamızda daha çox olurdular. Komandam işə düşməyə çalışdı ki, məqamlar yaratsın, amma “Bornmut” daha artığını ərsəyə gətirib qurtuldu. Bu, çox yaxşı bir xaldır”, deyə Emeri vurğulayıb.
Əlavə edək ki, “Aston Villa” büdrəməklə, çempionluq uğurunda mübarizədə geri düşüb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC