“Yuventus” rəhbərliyi “byankoneri”nun türk ulduzu, 20 yaşlı sol cinah hücumçusu Kenan Yıldızla müqaviləsinin müddətini uzadıb.
Presssport.az xəbər verir ki, Yıldız 2030-cu ilin iyun ayının sonuna qədər müddət ərzində “Qoca Sinyora”nın xidmətində olacaq.
Kenan Yıldız “Yuventus”un düşərgəsinə 2022-ci ildə “Bayern”dən keçib və böyük futbolda məhz Turin komandasının heyətində debüt edib. Yıldızın “byankoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 115 oyun, 25 qol və 19 məhsudlar ötürmədən ibarətdir. Türk ulduz “Qoca Sinyora” ilə İtaliya Kubokunun (2023/2024) qalibi olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC