Azərbaycan Premyer Liqası: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib

Misli Premyer Liqasında XIX turuna start verilib.

 

Presssport.az xəbər verir ki, "Sabah" evdə "Araz-Naxçıvan"ı məğlub edib.

 

"Bank Respublika Arena"da baş tutan görüş Bakı klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

"Sabah"ın qollarını Umarali Raxmonaliyev (9-p.), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) rəqib qapısından keçiriblər. "Araz-Naxçıvan"ın heyətində isə Felipe Santos (86) fərqlənib.

 

Bununla da xallarının sayını 46-ya çatdıran Bakı təmsilçisi turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib. 27 xala malik "Araz-Naxçıvan" 6-cı pillədədir.

 

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək.

 

Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC