Azərbaycan Premyer Liqası: "Zirə" "Sumqayıt" üzərində qələbə qazanıb

Misli Premyer Liqasının XIX turunda daha bir görüş baş tutub.

 

Presssport.az xəbər verir ki, "Sumqayıt" evdə "Zirə" ilə qarşılaşıb.

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş "Zirə"nin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

 

"Sumqayıt"ın heyətində Nikola Ninkoviçlə (26) Aleksandr Ramalinqom (50) fərqləniblər. "Zirə"nin qollarını isə Davit Volkov (24) və Qismət Alıyev (35) və Giorgi Papunaşvili (88) fərqləniblər.

 

Bu nəticədən sonra xallarının sayını 32-yə yüksəldən "Zirə" üçüncü pillədə yer alıb. 30 xala malik "Sumqayıt" isə beşincidir.

 

Qeyd edək ki, turun bu gün baş tutan açılış matçında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC