“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ⅛ final mərhələsinin ilk oyunu çərçivəsində “Santyaqo Bernabeu” İspaniya nəhəngi “Real”a qarşı oyundan gözləntisini açıqlayıb.
Presssport.az ispan mütəxəssisin müvafiq açıqlamsını təqdim edir:
“Rəqibimizə qarşı nəhəng hörmətlə meydana çıxmalı, amma onun gözlərinə baxıb deməliyik: “Baxın – bu bizim komandamızdır”. Sonra isə bunu meydanda sübut etməyimiz gərəkdir.
Bircə xüsus aydındır: əgər özümüz olmasaq, yaxşı heç nə ərəsəyə gəlməyəcək”, deyə “Pep” vurğulayıb.
Xatırladaq ki, “Real” – “Mançester Siti” oyunu bu gün, martın 11-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 mart) başladacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC