“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının ⅛ final mərhələsinin ilk oyunu çərçivəsində İstanbulda “Liverpul”a qarşı ilk oyunda 1:0 hesablı qələbəni şərh edib.
Presssport.az türk mütəxəssisin müvafiq açıqlamsını təqdim edir:
“Liverpul”a qarşı ötən oyunda (Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci tur oyunu, 1:0) qeydə alınmışı həmin hesabla qalib gəldik, amma oyun tamamilə fərqli alındı. “Liverpul” əla oyunçulara malik çox güclü komandadır. Bütün güc-qüvvəmizi ortaya qoyduq və qalib gələ bildik, amma bu, son deyil. Cavab oyununda bizi daha bir çətin sınaq gözləyir”, deyə Buruk vurğulayıb.
Komandalar arasında cavab oyunun martın 18-də “Enfild”də baş tutacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC