Stolüstü tennisçilərimiz Qazaxıstana yola düşüb

Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstana yola düşüb.

Presssport.az xəbər verir ki, komanda Almatı şəhərində təşkil olunacaq Avrasiya Liqasında iştirak edəcək.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətova martın 12-də mübarizəyə başlayacaq.

Ardınca komanda Çinə təlim-məşq toplanışına yollanacaq. Martın 15-dən 28-dək Hebey əyalətinin Zenq Dinq şəhərində keçiriləcək toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC