İran DÇ-2026-da iştirak etməyəcək

Futbol üzrə İran millisi bu yay keçiriləcək dünya çempionatlında iştirak etməyəcək.

Presssport.az xəbər verir ki, bu barədə İranın idman naziri Əhməd Dünyamalı bildirib.

O deyib ki, ölkənin milli komandası DÇ-2026-da iştirak edə bilməz: "Dünya çempionatında iştirak etməyimiz üçün heç bir şərait qalmadı. İrana qarşı həyata keçirilən qəddar hərəkətlər fonunda – bizə 8 və ya 9 ay ərzində 2 müharibə məcbur edildi və nəticədə minlərlə həmvətənimiz həlak oldu. Bu şəraitdə dünya çempionatında iştirak etmək imkanımızın olmadığı tamamilə aydındı".

Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC