Premyer Liqanın növbəti turunda "Karvan-Yevlax"la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Presssport.az xəbər verir ki, ötən matçı zədəli olduğu üçün buraxan braziliyalı hücumçu Ramon Maçado komanda ilə birgə məşqlərdə iştirak edib.
Cinah müdafiəçiləri Urfan Abbasov və Ömər Buludov isə fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında tapşırıqlar yerinə yetirib.
Xatırladaq ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 24-cü turunda “Karvan-Yevlax”la üz-üzə gələcək. Martın 13-də “Liv Bona Dea Arena”da keçiriləcək görüş 18:30-da start götürəcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC