Bu gün Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayıb.
Presssport.az xəbər verir ki, 55 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Gültəkin Şirinova yarımfinalda moldovalı Mihaela Samoli qarşılaşıb.
Gərgin və maraqlı keçən görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Günay Qurbanova isə (59 kiloqram) rumıniyalı Ana Mariya Puyunu üstələyərək həlledici raunda vəsiqə qazanıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC