Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.
Presssport.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) yaydığı məlumata əsasən, komissiyanın sədri adıçəkilən qurumun baş katibi Azər Əliyev təyin edilib.
Komissiyanın tərkibində Təhminə Tağızadə - Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Xəzər İsayev - Ədalətli Oyunlar Komissiyasının sədri, Fəridə Əzizova - Atletlər Komissiyasının sədri və Elgün Səfərov - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri yer alıb.
Qeyd olunur ki, bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdi.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC