Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Azərbaycana səfər edib.
Presssport.az xəbər verir ki, səfər çərçivəsində beynəlxalq kanoe təşkilatlarının rəhbərləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında olub.
Qonaqlara federasiyanın inzibati binasındakı iş şəraiti ilə bağlı məlumat verilib.
Daha sonra Konyetsko və Zunqrana yerli federasiyanın nümayəndə heyəti ilə birgə bulvar ərazisində fəaliyyət göstərən Bakı Avarçəkmə və Kanoe İdman Klubuna baş çəkib. Bazadakı məşq şəraiti ilə tanış olan qonaqlar avarçəkənlərin Xəzər dənizindəki gündəlik məşqlərini izləyib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC