Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatına start verilib

Bu gün Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatına start verilib.

Presssport.az xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə finalçılar müəyyənləşib. Gündüz seansında 38, 41, 44, 48, 52 və 57 kq-da müxtəlif mərhələlər üzrə mübarizə baş tutub.

Daha sonra yarışın təntənəli açılış mərasimi baş tutub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax güləş məktəbinin tanınmış simalarından biri, sərbəst güləş üzrə milli komandanın sabiq çalışdırıcısı Firdovsi Umudov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurov və baş katibi Pərvin Piriyev çıxış edib. Onlar son zamanlar ölkə güləşində həyata keçirilən islahatlardan, ilk dəfə U15 yaş qrupu üzrə Azərbaycan çempionatına ev sahibliyi edən Qazaxın güləş ənənələrindən və bu yarışın önəmindən danışıb. 

Daha sonra dövlət himni səslənib və “Vətənim” rəqs ansamblının ifasında maraqlı şou proqram təqdim edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC