U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Presssport.az xəbər verir ki, millimiz 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb.
Bununla da yığma komandamız 170 xalla Avropa 2-cisi olub. Azərbaycan yalnız Rusiyadan (199) geri qalıb və 3-cü yeri tutan Ermənistanı 54 xal qabaqlayıb.
170 xal U23 yaş qrupu üzrə Avropa çempionatlarında sərbəst güləş üzrə millimizin ən yüksək xal göstəricisidir.
Medal qazanan güləşçilərimiz:
Ali Tsokayev (92 kq)
Vasif Bağırov (57 kq)
Ceyhun Allahverdiyev (61 kq)
Səbuhi Əmiraslanov (79 kq)
Yusif Dursunov (125 kq)
Musa Ağayev (65 kq)
Ramik Heybətov (70 kq)
Zəfər Əliyev (97 kq)
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC