“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner Konfrans Liqasının ⅛ final mərhələsinin ilk görüşü çərçivəsində Londonda Larnaka AEK ilə “quru” hesablı (0:0) heç-heçəni şərh edib.
Presssport.az avstriyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Kristal Pelas” güclü idi, məqamlar yaradırdıq. Üç mütləq qol fürsətimiz vardı. Buna rəğmən, oyunun quruluşu və tarazlığı yaxşı idi.
Rəqibimiz təcrübəlidir, səhvlərə yol vermir. Oyunu yaxşı oxuyurlar, gedişləri və asmaları qapaya bilirlər. Birinci hissədə rəqibimizin qapıçısı iki qurtarış etdi. Ona görə də biz qalib gələ bilmədik. Ümidvaram, bunu Kiprdə edəcəyik”, deyə Qlasner vurğulayıb.
Komandalar arasında cavab oyunu martın 19-da Larnakada keçiriləcək.
Əlavə edək ki, “Kristal Pelas” Konfrans Liqasının əsas favoritlərindən biridir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC