“Portu”nun baş məşqçisi Françesko Farioli Avropa Liqasının ⅛ final mərhələsinin ilk görüşü çərçivəsində Ştutqartda yerli “Ştutqart” üzərində 2:1 hesablı qələbəni şərh edib.
Presssport.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Çox vacib oyun idi, amma bu, qarşılaşmanın iki oyunundan biri idi. Yaxşı oynadıq, futbolçularım ürəkdən çalışdılar. Açıq oyun gedirdi, bizə qarşı, yarışın ən yaxşı məşqçilərindən birinə (43 yaşlı alman mütəxəssis Sebastyan Höness), yüksək səviyyəli oyunçulara malik yüksək səviyyəli komanda mübarizə aparırdı”, deyə Farioli vurğulayıb.
Komandalar arasında cavab oyunu martın 19-da Portuda keçiriləcək.
Əlavə edək ki, hər iki komanda yarışın çempionu adına əsas favoritlərdəndir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC