“Bolonya”nın baş məşqçisi Vinçentso İtalyano Avropa Liqasının ⅛ final mərhələsinin ilk görüşü çərçivəsində “Renato Dal-Ara”da “Roma”ya qarşı oyunda 1:1 hesablı heç-heçəni şərh edib.
Presssport.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“İndi hamı, Romada bizi hansı ab-havanın gözləyəcəyini bilir. Qələbə, imkanlarımızı azacıq artırardı, amma olsun, eyb etməz. Düşünürəm, indi müvafiq nisbət 51% “Roma”nın, 49% isə bizim lehimizədir”, deyə İtalyano vurğulayıb.
Komandalar arasında cavab oyunu martın 19-da “Olimpiko”da keçiriləcək.
Əlavə edək ki, “Roma” Avropa Liqasının əsas favoritlərindən biridir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC