“Betis”in baş məşqçisi Manuel Pelleqrini Avropa Liqasının ⅛ final mərhələsinin ilk görüşü çərçivəsində Afinada “Panatinaikos”a 0:1 hesablı məğlubiyyətə aydınlıq gətirib.
Presssport.az çilili mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Hələ birinci hissədə qol vura bilərdik. Rəqibin heç olmasa bircə aşkar qol vəziyyəti yaratdığını, qapıçımızın isə əlamətdar qurtarışlar etdiyini xatırlamıram. Bu, futboldur…”, deyə Pelleqrini bildirib.
Komandalar arasında cavab oyunu martın 19-da Sevilyada keçiriləcək.
Əlavə edək ki, “Betis” Avropa Liqasının əsas favoritlərindən biridir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC