Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına çıxıb.

 

Presssport.az xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya ilə üz-üzə gəlib.

 

Rəqibini 16:11 hesabı ilə məğlub edən Azərbaycan millisi yarımfinala vəsiqə qazanıb.

 

Ötən gün Kanadaya uduzan (10:16) kollektiv Tailanda (21:8) qalib gəlib.

 

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC