Premyer Liqa nəhəngləri 19 yaşlı Said El-Malanın transferi uğrunda yarışır

Almaniyanın "Köln" klubunun futbolçusu Said El-Mala karyerasını İngiltərədə davam etdirə bilər.

 

Presssport.az "Caught Offside"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 19 yaşlı vingerlə maraqlanır.

 

Premyer Liqa təmsilçiləri oyunçu üçün əsas namizəd hesab edilir. "Köln" istedadlı futbolçu üçün 50-60 milyon avroluq təklifləri qəbul etməyə hazırdır.

 

Xatırladaq ki, Said El-Mala bu mövsüm bütün yarışlarda 27 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC