Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 31-ci turu çərçivəsində “Sevilya”ya 1:2 hesablı səfər məğlubiyyətinə aydınlıq gətirib.
Presssport.az argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Çərşənbə axşamını* düşünərəkmi məğlub olduq? Xeyr, əsla. Ona görə uduzduq ki, “Sevilya” soyuqqanlı idi. Planımız var, amma bu, həmişə işləyə bilməz. Buna rəğmən, müvafiq planımızdan imtina edəcək deyiləm”, deyə “El-Çolo” ləqəbli mütəxəssis vurğulayıb.
“Atletiko” aprelin 14-də “Metropolitano”da Çempionlar Liqasının çərək final mərhələsinin cavab oyunu çərçivəsidə “Barselona”ya qarşı cavab oyununu (ilk oyun 2:0) keçirəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC