Lamin Yamal “başından böyük qələt elədi”

Məlum olduğu kimi, “Barselona” İspaniya La Liqasının 31-ci turu çərçivəsində “Kamp Nou”da keçirilmiş Kataloniya derbisində “Espanyol” üzərində 4:1 hesablı qələbə qazanıb.


Presssport.az xəbər verir ki, oyundan sonra “blauqrana”nın ispaniayalı ulduzu, 18 yaşlı sağ cinah hücumçusu Lamin Yamal özünün sosial şəbəkə hesabları üzərindən paylaşdığı şərhlə “aləmi bir-birinə qatıb”:


“Barselona – “göy-narı”dır! Onlar bunu, həmişə olduğu kimi udmalı olacaqlar”, – Yamal “Espanyol”un ünvanına yekəxana surətdə atmaca atıb.


Gənc futbolçunun paylaşdığı məzmunun məhz təkəbbürlü ruhu xoş qarşılanmayıb. Belə ki, Yamalın müvafiq ruhda davranışı, klublar arasındakı futbol rəqabətinin idman müstəvisindən mövcud siyasi fikir ayrılığı müstəvisinə çıxmaqla, azarkeşlər arasında qarşıdurmaya yol aça biləcəyi ehtiyat doğurur. Tarix müvafiq hallardan xeyli nümunə gətirə bilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC