“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Stemford Bric”də “Çelsi”yə qarşı oyundan gözləntisini açıqlayıb.
Presssport.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Əgər “Stemford Bric”də qalib gələ bilməsək, onda güman ki, “Arsenal”a qarşı oyunumuz ərəfəsində nəzərdə tutulmuş mətbuat toplanıtısını keçirməyiniz gərək olmayacaq. Çünki hər şey sona çatacaq. Bunu hamı bilir”, deyə “Pep” “şəhərlilər”in ancaq qələbəyə oynayacağını başa düşməyə əsas verib.
Xatırladaq ki, “Çelsi” – “Mançester Siti” oyunu bu gün, aprelin 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 19:30-da başladacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC