"Nəzərimcə, buna qadirik”

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Stemford Bric”də “Mançester Siti”yə qarşı oyundan gözləntisini açıqlayıb.


Presssport.az ingiltərəli mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:


“Əlbəttə, “Mançester Siti”nin çoxsaylı güclü tərəfləri, əla məşqçi heyəti və qarşılıqlı anlaşması haqda danışmaq olar. Onlar çoxdan birlikdə oynayırlar. Amma biz evimizdə oynayacağıq və öz oyunumuzu onalra özünəməxsus şəkildə calamaq istəyirik. Nəzərimcə, buna qadirik”, deyə Rosenyor vurğulayıb.


Xatırladaq ki, “Çelsi” – “Mançester Siti” oyunu bu gün, aprelin 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 19:30-da başladacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC