Məlum olduğu kimi, İtaliya yığması 2026-cı il FIFA Dünya Kubokuna vəsiqə uğrunda Avropa bölgəsinin ələmə mərhələsinin “A” budağı çərçivəsində Zenitsada Bosniya və Herseqovina yığmasına qarşı final oyununda məğlub olaraq (1:1, əsas vaxt 1:1, penaltilərlə 1:4), ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb.
Presssport.az xəbər verir ki, “Napoli”nin prezidenti Aurelio De Laurentis “skuadra adzurra”nın keçmiş baş məşqçisi, Cennaro Qattuzonu müvafiq uğursuzluqda ittiham edərək, tənqid edib:
“Qalib gəlmək üçün hamını bir kimya altında ərsəyə gətirmək gərəkdir. Qattuzo sadəcə olaraq hara getməyin, nə danışmağın gərək olduğunu bilmirdi. O, uğura müvəffəq olmaq üçün rahat olmaq və təmkini qorumaq əvəzinə, həyəcanlı idi”, deyə De Laurentis vurğulayıb.
Xatırdaq ki, müvafiq müvəffəqiyyətsizliyi müqabilində Qattuzo vəzifəsindən istefa verib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC