"Turan" finalda!

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti finalçı müəyyənləşib.

Presssport.az-ın Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, "Turan" və “Gəncə” arasında baş tutan yarımfinal matçı birincilərin qələbəsi ilə yekunlaşıb.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən oyun ev sahiblərinin 3:0 (25:18, 25:18, 25:18) hesablı üstünlüyü ilə bitib.

Tovuz komandası Bakıdakı ilk görüşdə də eyni hesabla qalib gəlmişdi.

Beləliklə, "Turan" finalda "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. "Gəncə" isə 3-cü yer uğrunda görüşdə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.

Xatırladaq ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdi. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılır.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi 1 oyundan ibarət olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC