Azərbaycanda növbəti idmançı ailəsinin təməli qoyulub.
Presssport.az xəbər verir ki, “Kəpəz”in qapıçısı Məmməd Hüseynov subaylığın daşını atıb.
27 yaşlı futbolçu həndbol yığmamızın üzvü Səkinə Musayevayla evlənib.
Paytaxtda təşkil olunan toy mərasimində bəyin komanda yoldaşları və son baş məşqçisi olmuş Azər Bağırov iştirak edib.
Gecənin ən diqqətçəkən qonaqlarından biri isə bir neçə gün öncə “Qarabağ”dan Türkiyənin I Liqasına vəsiqə qazanan “Bursaspor”a keçən Toral Bayramov olub. Milli komandamızın da üzvü olan Toral Bursadan Bakıya dönərək, toy məclisinə əliboş gəlməyib. Belə ki, o, yeni komandasının rəsmi formasını və şərfini bəylə gəlinə təqdim edərək maraqlı bir jest edib.
Bu yerdə bildirək ki, Məmmədlə Toral vaxtilə “Qarabağ”ın əvəzedicilərində birgə çıxış edib. Hətta Hüseynov Bayramovun kapitanı olub. Onlar uzun illərin dostudu.
Onu da bildirək ki, Rüfət Axundovun aparıcısı olduğu toyda xalq artistimiz Eyyub Yaqubov da müğənnilik edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC