Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün mübarizəyə başlayır

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

 

Presssport.az-ın turnirə ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gələcək.

 

Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

 

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC