Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu bu gün keçiriləcək.
Presssport.az-ın məlumatına görə, "Qəbələ" - "Mingəçevir" matçı "SOCAR Polymer Arena"da təşkil olunacaq.
Saat 18:30-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək. Qarşılaşmanı baş hakim Tural Qurbanov idarə edəcək.
Xatırladaq ki, "Qəbələ" cari mövsüm Misli Premyer Liqasını 11-ci, "Mingəçevir" isə I Liqanı 2-ci pillədə başa vurub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC