"Sabah" Velko Simiçi azad agent kimi sıralarına cəlb edib

"Sabah" futbolçusu Velko Simiçlə yeni müqavilə bağlayıb.

 

Klubdan Presssport.az-a verilən məlumata görə, serbiyalı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2 ildir.

 

Simiç "Sabah"la yeni sözləşməni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.

 

Velko Simiç ötən ilin avqustunda Türkiyənin "Sivasspor" klubundan icarə əsasında "Sabah"a qoşulmuşdu.

 

O, "bayquşlar"ın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

 

Simiç son mövsümdə "Sabah"ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC