Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

 

Presssport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiya seçməsini məğlub edib.

 

"Tipos Arena"dakı qarşılaşma 5:2 hesabı ilə bitib.

 

Komandanın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.

 

Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.

 

Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib - 3:2.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC