"Qəbələ" klubu futbolçusu Murad Musayevlə mövsümün sonunda müddəti başa çatan müqaviləni yeniləməyib.
Bu barədə Presssport.az-a bölgə təmsilçisindən məlumat verilib.
"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan 31 yaşlı müdafiəçi 2012/2013 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edib. O, komandanın heyətində ölkə çempionatı və kubokunda keçirdiyi 173 oyunda 4 qol vurub.
Murad Musayev "Qəbələ"də 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC