Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə vəsiqə qazanan "Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Presssport.az-ın paytaxt təmsilçisinə istinadən məlumatına görə, bu posta Zaur Həşimov təyin olunub.
44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Z.Həşimov futbolçu kimi "Şəfa"nın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
O, "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.
Zaur Həşimov həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC