Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası bu gün azarkeşlərlə bir araya gələcək.
Bu barədə Presssport.az-a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.
Komanda üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaq. Sonra onlar üçün ayrılmış xüsusi avtobusla şəhər turuna çıxaraq çempionluq sevincini azarkeşlərlə bölüşəcəklər.
Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC