PSJ Morqan Qibbs-Uaytı transfer etmək niyyətindədir

Fransanın PSJ klubu "Nottinqem Forest"in (İngiltərə) yarımmüdafiəçisi Morqan Qibbs-Uaytı transfer etmək niyyətindədir.

 

Presssport.az "The Sun"a istinadən xəbər verir ki, Fransa klubu yay "transfer pəncərəsi"ndə heyətini 26 yaşlı ingiltərəli oyunçu ilə gücləndirməyi planlaşdırır.

 

2025/2026 mövsümündə Premyer Liqada 15 qol vuran futbolçunun çıxışı klub rəhbərliyinin diqqət mərkəzindədir.

 

Futbolçu 2022-ci ilin avqustundan "Nottinqem Forest"də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 53 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Onun dəyəri 70 milyon avro qiymətləndirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC