"Şəfa" 2026/2027 mövsümünün yay "transfer pəncərəsi"ndə ilk futbolçu keçidini reallaşdırıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən R.Hüseynli son olaraq "Kəpəz"in formasını geyinib.
O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Qarabağ"ın yetirməsi olan Rauf Hüseynli karyerası ərzində "Zirə", "Şamaxı" və "Qəbələ" klublarında da çıxış edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC