Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə Helsinborqda üçüncü yeri tutub

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçin Helsinborq şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində üçüncü olub.

 

Presssport.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə yarışa qatılan idmançı İsveç və Fransa təmsilçiləri üzərində qələbələrlə qrup mərhələsini lider kimi başa vurub.

 

Ardınca İsrail və Lüksemburq idmançılarına qalib gələn Onur yarımfinalda fransalı rəqibinə uduzaraq yarışı üçüncü yerdə başa vurub.

 

Qeyd edək ki, istedadlı idmançı bu gün Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 13-dək İsveçin Halmstad şəhərində keçirəcəyi təlim-məşq toplanışına qatılıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC