AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib, qurumun hesabatları təsdiq edilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

AMADA-dan Presssport.az-a verilən məlumata görə, toplantıda Agentliyin yeni Strategiya layihəsi müzakirə olunub.

 

Şura üzvləri missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və Müşahidə Şurası tərəfindən təsdiq edilib.

 

Bununla yanaşı, agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC