"Şəfa" yeni mövsümə hazırlıq planını açıqlayıb

"Şəfa"nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

 

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Zaur Həşimovun rəhbərlik etdiyi komanda iyulun 2-də Bakıda toplaşacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək. İyulun 20-də isə "Şəfa" Qəbələyə yollanacaq.

 

Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək. Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.

 

Qarşılaşmaların tarixi və məkanı hələlik məlum deyil.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC