Norveç millisi DÇ-2026 üçün ABŞ-a qeyri-adi yüklə yollanıb.
Presssport.az bu barədə Norveç mənbələrinə istinadən xəbər verir.
Skandinaviya təmsilçisi futbolçuların qidalanma rejimini qorumaq məqsədilə özü ilə 300 kiloqram balıq, 116 kiloqram məşhur Norveç qəhvəyi pendiri və 6 min portağal aparıb.
Məlumata görə, milli komandanın məşqçilər korpusu və dietoloqları mundial ərzində futbolçuların öyrəşdikləri qida rasionundan uzaq düşməməsini vacib hesab edirlər.
Norveç millisinin nümayəndələri hesab edirlər ki, düzgün qidalanma uzunmüddətli turnirlərdə futbolçuların fiziki hazırlığı və bərpası baxımından mühüm rol oynayır.
Bu səbəbdən komanda ABŞ-da olacağı müddətdə əsas qida məhsullarını özü ilə aparmağa üstünlük verib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC