"Sumqayıt"ın futbolçusu Kənan Feyziyev 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

"Sumqayıt"ın futbolçusu Kənan Feyziyev əməliyyat olunub.

 

Presssport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

 

Azərbaycan Premyer Liqasının XXXII turunda, "Zirə" ilə matçın gedişində zədələnən gənc müdafiəçinin Türkiyənin paytaxtı Ankaradakı əməliyyatı uğurlu keçib.

 

Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC