"Mənim üçün əsas olan pul yox, inam və güvəndir"

"Şəfa"nın yeni transferi Murad Musayev üçün inam puldan daha önəmlidir.

 

Presssport.az xəbər verir ki, o, paytaxt təmsilçisinə transferi barədə danışıb:

 

"Klubun düzgün yolda olması və buradakı insanların hamısını tanımağım onlara olan güvənimin və inamımın artmasında böyük rol oynadı. Təbii ki, klubun da mənə inanaraq bura dəvət etməsi qərar verməyimi daha da rahatlaşdırdı".

 

MTəcrübəli müdafiəçi "Qəbələ"dən ayrılmasının səbəblərini açıqlayıb:

 

"Uzun illər "Qəbələ"də oynamışam və orada çox gözəl xatirələrim var. "Qəbələ" hər zaman hörmət etdiyim bir klub olsa da, müəyyən səbəblərdən ayrıldım. Mənim üçün əsas olan pul yox, inam və güvəndir. İstəyimiz düzgün, sağlam bir komanda kimi formalaşmaq, hər oyunda əlimizdən gələnin ən yaxşısını ortaya qoyaraq inkişaf etməkdir".

 

Qeyd edək ki, Murad Musayev "Şəfa" ilə 1 illik müqavilə imzalayıb. (Report)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC