11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi

Misli Premyer Liqasında mübarizə aparan klublardan birinin təşəbbüsü ilə UEFA-ya və CAS-a müraciət olunub.

Presssport.az xəbər verir ki, müraciət “Turan Tovuz”un 2026/27 mövsümü avrokuboklardan uzaqlaşdırılması barədə UEFA-nın verdiyi qərarla bağlı bağlıdır.

Tovuz klubunun CAS-a şikayətinə dəstək məqsədilə ünvanlanan müraciəti “Zirə” də daxil olmaqla Misli Premyer Liqasında yarışan 11 klub (“Turan Tovuz” istisna olmaqla) imzalayıb. 

Məktubda “Turan Tovuz”un Azərbaycan futbolunun inkişafında oynadığı mühüm rol, son illər apardığı işlər və daha öncə baş verən proseslərin əvvəlki rəhbərliyin dövründə olduğu qeyd edilib.

Əlavə edək ki, CAS-da “Turan Tovuz”un şikayətinə iyunun 15-də baxılacağı gözlənilir (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC