Neymar DÇ-2026-nın qrup mərhələsinin matçlarını buraxa bilər

Braziliya yığmasının hücumçusu Neymar DÇ-2026-nın qrup mərhələsinin oyunlarını buraxa bilər.

 

Pressport.az "Teledeporte"yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu sağ baldır əzələsindəki zədədən sonra bərpa prosesini davam etdirir.

 

Mayın ortalarında "Santos" (Braziliya) klubunun heyətində zədələnən hücumçunun turnirdəki ilk qarşılaşmanı qaçıracağı daha əvvəl məlum olub.

 

Qeyd edək ki, Braziliya millisi DÇ-2026-da C qrupunda mübarizə aparacaq. Karlo Ançelottinin rəhbərlik etdiyi komandanın rəqibləri Mərakeş, Haiti və Şotlandiya yığmalarıdır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC