Hesabda irəlidə olarkən qalib gələ bilməmək çox üzücüdür.
Presssport.az xarici mediaya istinadən xəbər verir ki, bunu futbol üzrə Bosniya və Herseqovina millisinin baş məşqçisi Serqey Barbarez DÇ-2026-da Kanadaya qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis heç-heçə yekunlaşan qarşılaşmanı şərh edib:
"Hesabda irəlidə olarkən qələbə qazana bilməmək çox üzücüdür. Matç boyunca yaxşı fürsətlər qazandıq. Bəzi epizodlarda bizim bəxtimiz gətirdi. Son nəticədə hesab oyuna görə oldu. 1 xalı bizim üçün yaxşı hesab edirəm".
Qeyd edək ki, Kanada - Bosniya və Herseqovina oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC