DÇ-2026: ABŞ Paraqvay üzərində qələbə qazanıb

Futbol üzrə dünya çempionatında ABŞ Paraqvay millisinə qalib gəlib.

 

Presssport.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

 

Amerikalıların qollarını Damyan Bobadilya (7, avtoqol), Folarin Baloqan (31, 45+5) və Giovanni Reyna (90+8) vurublar. Paraqvayın heyətində isə Maurisio (73) dəqiq zərbə müəllifi olub.

 

Qeyd edək ki, bu qrupun digər oyunu iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə yığmaları arasında keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC