Azərbaycanın voleybol milliləri Avropa Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar

Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.

 

Presssport.az-ın məlumatına görə, qadınlardan ibarət komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.

 

İspaniyada təşkil olunacaq qarşılaşma Bakı vaxtı saat 20:30-da start götürəcək. Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.

 

Kişilərdən ibarət kollektiv isə İspaniya seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək.

 

 Rumıniyadakı oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspanlar 6 xalla 8-ci, əvvəlki matçlarda uduzan Azərbaycan yığması 24-cü yerdədir.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC