Futbol üzrə ABŞ millisi 96 ildən sonra dünya çempionatlarındakı ən yaxşı nəticəsini təkrarlayıb.
Presssport.az-ın məlumatına görə, Maurisio Poçettinonun baş məşqçisi olduğu kollektiv buna DÇ-2026-nın qrup mərhələsinin I turunda Paraqvayı 4:1 hesabı ilə məğlub etməklə nail olub.
ABŞ seçməsi 96 ildən sonra mundialda üç top fərqi ilə qalib gəlib. Amerikalılar daha əvvəl 1930-cu ildəki ilk turnirdə Belçika və Paraqvayı üç cavabsız qolla üstələyiblər.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatı iyulun 19-da başa çatacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC